Yerevanda Qriboyedovun abidəsi təhqir edilib

Erməni radikal Şant Arutunyanın oğlu Şaqen Arutunyan Yerevanda Rusiya şairi və diplomatı Aleksandr Qriboyedovun abidəsini təhqir edib.

ONN media xəbər verir ki, Ş.Arytunyan təhqir etdiyi abidənin fotosunu öz “Facebook” hesabında paylaşıb.

Erməni radikalın oğlu fotonun altından yazıb: “Mən Rusiya İmperiyasının səfiri, yazıçı Qriboyedovun abidəsini Njdenin lövhəsinin boyadılmasına cavab olaraq qırmızı rəngə boyadım”.