Makrondan Rusiya ilə bağlı gözlənilməz ÇAĞIRIŞ

Avropada sabitliyin təmin olunması üçün Rusiya ilə strateji dialoq başladılmalıdır.

ONN media xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron amerikalı həmkarı Donald Trampla görüşü zamanı deyib.

“Bir tərəfdən Avropada sabitliyi, digər tərəfdən qarşıdurmaların azalmasını istəyiriksə, Rusiya ilə dialoqu başlatmalıyıq. Bunu sadəlövh olmadan etmək lazımdır”, – deyə Makron bildirib.