Xalq artistinin SON VƏZİYYƏTİ – Özü AÇIQLADI

Ötən gün reanimasiyaya yerləşdirilən Xalq artisti Rafael Dadaşovun səhhəti yaxşılaşıb.

ONN media xəbər verir ki, aktyor “Şou ATV” verilişinə zəng edib. Dadaşov artıq yaxşı olduğunu söyləyib:

“Keçmişə baxanda, daha yaxşıyam. Hamıya salam deyirəm. Allah saxlayana heç kim heç nə edə bilməz”.
Qeyd edək ki, R.Dadaşov dünən axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilib. Hazırda müalicəsi davam edir. Vəziyyəti həkimlər tərəfindən ağır stabil qiymətləndirilib.(axşam.az)