ŞOK- Bu şəxslər edam ediləcək

Təbriz İnqilab Məhkəməsinin hakimi İranda benzinin bahalaşması ilə əlaqədar keçirilən etirazlarla bağlı saxlanılan Güney azərbaycanlı fəalların ailə üzvləri ilə söhbətində gözlənilməz açıqlama verib.

ONN media xəbər verir ki, hakim Musəvi “saxlanılanlar nə zaman azadlığa buraxılacaq” sualına cavabında vəziyyətin ürəkaçan olmadığını deyib.

“Saxlanılanların sərbəst buraxılmasını gözləməyin, onlar edam ediləcək. Saxlanılanların azadlığa buraxılması bizdən asılı deyil. Biz ETTELAAT İdarəsinin göstərişi ilə onların saxlanılma müddətinin daha bir ay uzaldılması haqda qərar qəbul edəcəyik”, – o bildirib.