Yanğın şəhərlərarası marşrutlarda da problem yaradıb

Bakının Binəqədi rayonu ərazisində “EuroHome” tikinti materialları bazarında baş verən yanğınla əlaqədar Bakı-Sumqayıt və Bakı-Xırdalan marşrut xətləri üzrə avtobusların hərəkətində problem yaranıb.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən ONN media-ya bildirilib ki, yanğın şərərlərarası marşrutların gecikməsinə səbəb olub.

“Hazırda hərəkət qismən təmin olunub”, – məlumatda qeyd edilib