Abşeronda YANĞIN

Abşeron rayonunda yaşayış evi yanıb.

Fövqəladə Hallar Nazirliyindən ONN media -ya verilən məlumata görə, Görədil kəndində ümumi sahəsi 510 kv.m olan üçmərtəbəli mansarda tipli evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.