“Rusiya NATO ölkələri üçün təhlükədir” – Fransa XİN

“Rusiyanın hərəkətləri NATO ölkələri üçün təhlükə yaradır”.

ONN media xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-İv Le Drian Senatda “NATO-nun vəziyyəti və rolu, Fransanın bu ittifaqdakı yeri” mövzusunda keçirilən dinləmələrdə çıxışı zamanı deyib.

“Rusiyanın NATO-ya təhdid yaratdığı açıq şəkildə görünür. Bunu, xüsusən də kibertəhlükəsizlik sahəsində qeyd etmək olar. Ukrayna böhranı ilə Rusiyanın qonşu ölkələr üçün də təhlükə yarada biləcəyi sübut olunub”.