Almaniyada partlayış: 1 ölü, 25 yaralı

Almaniyanın Blankenburq şəhərində yaşayış binasında baş verən partlayış nəticəsində bir nəfər ölüb, azı 25 nəfər yaralanıb.

ONN media xəbər verir ki, bu barədə RND media qrupu məlumat yayıb.

Partlayış Bakı vaxtı ilə saat 12:00 radələrində baş verib. Yaralanların sayının artacağı istisna olunmur.

Partlayışın hansı səbəbdən baş verdiyi barədə məlumat verilmir.

Hadisə yerinə 160 xilasedici cəlb edilib.