170 mindən çox ev işıqsız qaldı – SƏBƏB…

Fransada şiddətli qasırğa səbəbi ilə 170 mindən çox ev işıqsız qalıb.

ONN media bildirir ki, ötən gecədən bəri tüğyan edən qasırğa Fransanın 12 departamentini əhatə edib.

Həmin departamentlərdə “narıncı” təhlükə səviyyəsi elan olunub. Averon departamentində isə küləyin sürəti saniyədə 40 metrə çatıb.