Banan alarkən bunlara diqqət edin

12 Punto

14 Punto

16 Punto

18 Punto

Sağlamlığınız üçün ən faydalı bananların hansılar olduğunu bilirsinizmi?

ONN media bu meyvələrin hansının daha yararlı olduğunu sadalayır:

Yaşıl banan tam yetişməmiş meyvədir. Həzm edilməsi çətindir, faydası azdır. Sarı və qəhvərəngli bananlar isə yetişmiş hesab edilir. Əksəriyyət valideynlər üzərində tund ləkələr olan bananı xarab olmuş hesab etdiyi üçün almır. Ancaq əksinə, ən güclü antioksidant tərkibə malik məhz bu bananlardır.

Bu cür meyvə həzm sisteminə yaxşı təsir edir. Tərkibindəki nişasta orqanizm tərəfindən daha yaxşı mənimsənilir. Bundan əlavə, “xallı” bananlar digərlərinə nisbətən potasyumla daha çox zəngindir. Bu da xüsusilə uşaqların zehni inkişafı üçün çox vacibdir. Axar.az