Kıvanç Tatlıtuğ “Çukur”da rol alacaq?

Türkiyəli aktyor Kıvanç Tatlıtuğun “Çukur” serialının heyətinə daxil olacağı iddia edilir.

ONN media xəbər verir ki, ötən ildən bəri heç bir layihədə rol almayan aktyorun “Çukur”dan dəvət aldığı irəli sürülüb.

Kıvançın serialda mənfi, yoxsa müsbət qəhrəmanı oynayacağı hələ bəlli deyil. Buna baxmayaraq, bu xəbər izləyiciləri sevindirib və həyəcanlandırıb.