Azərbaycanda mikroavtobus sürücüsü sükan arxasında öldü

Bu gün səhər saatlarında Salyan-Lənkəran reysində işləyən mikroavtobusun sürücüsü yolda dünyasını dəyişib.

ONN media xəbər verir ki, “QAZel” markalı mikroavtobusun sürücüsü, 46 yaşlı Salyan şəhər sakini Nizami Adıbala oğlu Gözəlov yolun Salyan rayonunun Şorsulu kəndindən keçən hissəsində sərnişinlərə özünü pis hiss etdiyini deyərək, maşını yolun kənarına sürərək saxladıqdan sonra kəskin ürək çatışmazlığından dünyasını dəyişib. (Virtualaz.org)