Məşhur aparıcı 3 ildən sonra qayıdır

Aparıcı Samir Bayramlı uzun fasilədən sonra efirə qayıdır.

ONN media xəbər verir ki, o, “MTV Azərbaycan”da çalışmağa başlayıb. Samirin yeni verilişi yaxın günlərdə yayımlanacaq. Artıq proqramın çəkilişləri başlayıb.

Şou xarakterli verilişdə şou-biznes nümayəndələri qonaq olacaq.

Qeyd edək ki, Samir uzun illər ATV-də çalışıb. Bir neçə ildir ki, o, aparıcılıq fəaliyyətinə son qoyub.