Erməni Azərbaycanla sərhəddə minaya düşdü

Ermənistan-Azərbaycan sərhədində Tavuş rayonunun Barekamavan kənd sakini minaya düşüb.

ONN media erməni KİV-nə istinadən xəbər verir ki, hadisə ötən gün saat təxminən 15:00-da baş verib. Kənd sakini Arman Mikaelyanı hadisə yerindən ancaq xüsusi bölmələrin yardımı ilə təxminən saat 18:00-da çıxarmaq mümkün olub.

Xeyli qan itirən Mikaelyanın bir ayağı amputasiya olunub.