Külək bu dəfə reklam lövhəsini aşırdı – YARALI VAR

Güclü külək nəticəsində reklam lövhəsi yerindən qoparaq yaxınlıqdan keçən kişinin üstünə aşıb.
ONN media Virtualaz.org-a istinadən xəbər verir ki, hadisə bu gün “Binə” ticarət mərkəzində baş verib. Hadisə yerinə təcili yardım çağırılıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Bildirilib ki, orta yaşlı kişi müştərək travma alıb.
Hazırda vəziyyəti orta-ağırdır.