SON DƏQİQƏ: Buzlu yolda 20-dən çox maşın toqquşdu – VİDEO

Gürcüstanın Qori rayonunun İqoeti kəndi yaxınlığında mərkəzi avtomagistral yolun üç müxtəlif hissəsində 20-dən çox maşının iştirakı ilə zəncirvari qəza olub.

ONN media xəbər verir ki, qəzaya qar yağması və yolun buz bağlaması səbəb olub.

Ölkənin Daxili İşlər Nazirliyindən bildirilib ki, avtomagistrala texniki duz səpilsə də, sürüşmənin azalması üçün müəyyən vaxt tələb olunur.

Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb olunub. Qəza zamanı ciddi xəsarət alanların olmadığı bildirilir.(Report)