Sərnişinlər Azərbaycan Dəmir Yollarında etiraza qalxdılar- SƏBƏB İSƏ…

Ötən gün ölkədə başlayan güclü külək Azərbaycan Dəmir Yollarının (ADY) fəaliyyətini iflic edib. 
 
ONN media AZXEBER.COM-a istinadla xəbər verir ki, Bakı-Sumqayıt sürət qatarına biletlər satılsa da, saat 20:30-da Sumqayıta yola düşməli olan qatar platformaya gəlməyib. Sərnişinlər bir saatdan çox qatar gözləməli olublar. Bu da onların etirazlara səbəb olub. Sərnişinlər biletlərini geri qaytarmaq istəyib.
 
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova açıqlamasında bildirib ki, gecikmə mövcud hava şəraiti ilə əlaqədar olub.