SON DƏQİQƏ – Azərbaycanda zəlzələ baş verdi

Yanvarın 21-də Kürdəmir stansiyasından 10 kilometr şimal-qərbdə – Kürdəmir rayonunda 3,3 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən ONN media -ya bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:31:23-də qeydə alınıb.

Ocağı 48 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.