Metrodan istifadə edənlərin sayı nə qədər artıb?

2018-ci ildə metro nəqliyyatından istifadə edən sərnişinlərin sayında artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən ONN media -ya bildirilib ki, il ərzində metro nəqliyyatının xidmətindən istifadə edən sərnişinlərin sayı 2017-ci illə müqayisədə 0,9 faiz artaraq 231 milyon nəfərə çatıb.