Taksi sürücülərinə ŞAD XƏBƏR – Artıq…

Son aylar kamarelarla dayanma və durmaya nəzarət edildikdən sonra taksi sürücüləri qadağan edilmiş ərazilərdə sərnişin mindirib-düşürərkən cərimə olunurlar. Sürücülər də bunu düzgün hesab etmirlər. Bəs onlara gələcəkdə hansısa güzəştlərin edilməsi nəzərdə tutulubmu?

ONN media xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Vüsal Kərimli Bakıda bəzi küçələrdə parklanmalara icazə veriləcəyini bildirib. Onun sözlərinə görə, hazırda bununla bağlı araşdırma aparılır.

Bu arada, gələn aydan etibarən yeni taksi duracaqlarının tikintisinə başlanılacaq. Hətta artıq 240 taksi duracağının yeri də müəyyən edilib.

Vüsal Kərimli qeyd edib ki, duracaqlarda yalnız fərqlənmə nişanı almış taksilər xidmət göstərə biləcək.(Baku.ws)