Hərbi təyyarə qəzaya düşüb

Pakistan Hərbi Hava Qüvvələrinə aid “F-7PG” qırıcısı Bəlucistan əyalətində qəzaya uğrayıb.

ONN media xarici KİV-ə istinadən xəbər verir ki, qəzada pilot ölüb. 

Təlim uçuşu həyata keçirən qırıcının qəzaya düşmə səbəbi bilinmir. 

Hadisə baş verən ərazidə təhlükəsizlik xidməti əməkdaşları çalışırlar.