Qızılca epidemiyası elan edilə bilər – Nazirlik açıqladı

Ukrayna Səhiyyə Nazirliyi həftənin sonuna kimi qızılca epidemiyasının elan olunması məsələsinə baxılması üçün xüsusi komissiya çağırılması üçün sənəd hazırlayır.

ONN media xəbər verir ki, bu barədə səhiyyə nazirinin səlahiyyətlərini icra edən Ulyana Suprun məlumat verib:

“Səhiyyə Nazirliyi epidemiya elan etməyib. Hazırda göstəricilərə nəzər yetiririk, qızılcanın epidemiya səviyyəsinə keçib-keçməyəcəyinə baxırıq”.