Qripdən 1 həftədə 6 nəfər ÖLDÜ

Bolqarıstanda aralarında uşaqlar da olmaqla son bir həftədə qrip virusundan ölənlərin sayı 6 nəfərə çatıb.

ONN media Qafqazinfo-ya istinadən xəbər verir ki, ölkənin 12 şəhərində qriplə bağlı həyəcan təbili çalınıb, epidemiya halı aldığı elan edilib.

Bir çox şəhərdə, ümumilikdə 1071 məktəbdə yanvarın 27-nə kimi tədris dayandırılıb.

Yerli həkimlər qripin çox sürətlə yayıldığına, ölkədə durumun ciddi olduğuna diqqət çəkiblər. Virus immuniteti zəif olanlara – daha çox uşaq və yaşlılara təsir edir.