Ağdamda elektrik enerjisinin verlişi bərpa edildi

Ağdam rayonundan Ağcabədi rayonuna gedən elektrik xətlərində yaranmış problem tam aradan qaldırılıb.

“Azərişıq” ASC-dən ONN media -ya verilən məlumata görə, artıq Ağdam rayonunun Mahrızlı, Zəngişalı, Qaradağlı və Rzalı kəndlərində elektrik enerjisinin verilişi bərpa edilib.