Binanın blokundan 38 yaşlı kişinin meyiti TAPILDI

Sumqayıtda binanın blokundan 38 yaşlı kişinin meyiti tapılıb.

ONN media  xəbər verir ki, səhər saatlarında şəhərin 3-cü mikrorayonunda binanın blokunda naməlum kişi meyiti aşkarlanıb.

İlkin araşdırma zamanı ölən şəxsin Sumqayıt şəhər sakini 1981-ci il təvəllüdlü Mirzəyev Səməd Rafael oğlu olması müəyyən edilib.

Onun hansı səbəbdən öldüyünü dəqiqləşdirmək üçün ekspertiza təyin edilib.

Faktla bağlı araşdırma aparılır.