Müəllimlərə şad xəbər

Prezidentin sərəncamına əsasən, 2014-2018-ci illərdə 142 mindən çox müəllimin diaqnostik qiymətləndirilməsi yekunlaşdırılıb. Bu sınaqdan uğurla keçən müəllimlərin vəzifə maaşı 2 dəfə artırılıb.
ONN media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun məqaləsində bildirilib.

Qeyd olunub ki, son 5 ildə işə qəbul edilən 18 min 136 müəllimdən kənd məktəblərində fəaliyyətə başlayan 11 min 600 nəfərə həvəsləndirmə tədbirləri tətbiq edilib.