Almaniya sakininin inanılmaz şansı

lmaniyanın Reynland-Pfals federal ərazisinin sakini Eurojackpot lotereyasında 63,2 milyon avro udub.

ONN media xəbər verir ki, bu barədə lotereya şirkəti məlumat yayıb.Qalibin kimliyi barədə ətraflı məlumat verilmir. Məlumdur ki, qalib lotereyanın beş əsas rəqəmi, həmçinin iki əlavə rəqəmi tapıb.

“Eurojackpot” lotereyası 2012-ci ildən Avropa İttifaqı ölkələrinin əksəriyyətində keçirilir. Uduşlu rəqəmlər Helsinkidə həftənin cümə günləri elan olunur.