Qaxda hamamda yanğın olub

Qax rayonunda hamam kimi fəaliyyət göstərən tikili yanıb.

ONN media FHN-ə istinadən xəbər verir ki, rayonun Qum kəndində ümumi sahəsi 130 m² olan tikilinin buxar otağının lambirindən ibarət tavanı 25 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.