“Ədalət oxumağı məndən öyrənir”

Əməkdar artist Vasif Məhərrəmli həmkarı Ədalət Şükürovla bağlı açıqlama verib. 


ONN media xəbər verir ki, müğənni “X maqazin”də aparıcının “Dedilər ki, şou məkanında ən bahalı və dəbli geyinən iki ifaçısı var: biri Ədalət, digəri siz. Ədalət də dedi ki, Vasif geyinməyi məndən öyrənir” sözlərinə belə cavab verib:

“Boynuma alıram, bəzi şeylərdə axsamalarım olanda, zəng edib Ədalətdən öyrənirəm. O da məndən oxumaq öyrənir. Burada nə var ki? Toya da baxıb öyrənmişik ki, Səməd Səmədov, Cavanşir Məmmədov necə oxuyur”.

Vasif saçlarını boyadığını da etiraf edib. (axşam.az)