13 fevral Bəxtiyar Vahabzadənin vəfat etdiyi gündür

«Bu dünya beş gündür»,- deyib hər yerdə
Sağ ikən qəbirdə uzanan da var.
Öz alın tərilə bircə ömürdə
Yüz insan ömrünü qazanan da var.

Unutmayaq, unutdurmayaq!
13 fevral (1925 – 2009) şair, dramaturq, ədəbiyyatşünas, pedaqoq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın xalq şairi, filologiya elmləri doktoru, professor, Azərbaycan MEA-nın həqiqi üzvü, Azərbaycanın Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət mükafatı laureatı, SSRİ Dövlət Mükafatı laureatı, M.F.Axundov adına ədəbi mükafatın laureatı, Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990), millət vəkili (1995, 2000) olmuş Türk dünyasının böyük oğlu Bəxtiyar Vahabzadənin vəfat etdiyi gündür.

Allah rəhmət eləsin!