Gəncədə azyaşlını maşın vurdu

Gəncədə azyaşlını avtomobil vuraraq ağır xəsarət yetirib.

ONN media xəbər verir ki, şəhərin Cavad Xan qəsəbəsinə gedən yolda hərəkətdə olan yük avtomobili təxminən 6-7 yaşlarında olan uşağı vurub. Ağır bədən xəsarətləri alan azyaşlı dərhal xəstəxanaya çatdırılıb, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.