Azərbaycanda DƏHŞƏTLİ QƏZA: 30 -dan çox yaralı

Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

ONN media xəbər verir ki, bu barədə hadisə şahidi məlumat verib.

Onun sözlərinə görə, 30 nömrəli sərnişin avtobusunun sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsini yaşayış binasına çırpıb.

Hadisə nəticəsində 30-dan çox sərnişinin yaralandığı, onlardan 10-nun vəziyyətinin ağır olduğu qeyd edilir.

Faktla bağlı araşdırma aparılır.(Oxu.az)