SON DƏQİQƏ: Məktəbdə yanğın – Şagirdlər…

Quba rayonunda məktəb binasında yanğın olub.
ONN media xəbər verir ki, hadisə rayonun H.Zərdabi qəsəbəsində yerləşən orta məktəb binasında baş verib.
Yanğın dərs vaxtında baş verdiyi üçün şagirdlər dərhal təxliyyə edilib.
Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib və yanğının genişlənməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.