Azərbaycanda bədbəxt hadisə – Uşağı “tok” vurdu və…

Şəmkir rayonunda bədbəxt hadisə baş verib. 

ONN media xəbər verir ki, rayonun Dəllər Cəyir kənd sakini, 2009-cu il təvəllüdlü Hüseynov Şadxan kənd uşaqları ilə gizlən-qaç oynayan zaman yaxınlıqdakı elektrik transformatorun arxasında gizlənib.

Bu zaman uşağın qolu yüksək gərginlikli elektrik xəttinə toxunub və onu “tok” vurub. Ş.Hüseynov qolu yanığa bağlı amputasiya edilib.