Leyla Şıxlinskaya illər sonra GÖRÜNTÜLƏNDİ

Əməkdar artist Röya Ayxan uzun müddətdir ki, efir və mətbuatdan uzaq gəzən xalq artisti Leyla Şıxlinskaya ilə bir araya gəlib. 

ONN media xəbər verir ki, Röya tədbirlərin birində çəkilmiş fotoları instaqram hesabında paylaşıb. 

Qeyd edək ki, L. Şıxlinskaya bir müddətdir ki, sahibi olduğu klinikanın  işçilərinin 1 milyon manat mənimsəməsi xəbəri ilə gündəmdədir. 

O, uzun zamandır davam edən məhkəmə prosesindən sonra klinikanı satmaq məcburiyyətində qalıb.