Azərbaycanlı hakim Çempionlar Liqasına təyinat aldı

Azərbaycanlı hakim Eldar Zülfüqarov kişi voleybolçular arasında Çempionlar Liqası yarışlarına təyinat alıb.

ONN media xəbər verir ki, həmyerlimiz turnirin dörddəbir final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Trefl” (Polşa)-“Zenit” (Kazan, Rusiya) görüşünün baş hakimi olacaq. Ona slovakiyalı Blaz Markelj kömək edəcək.

“Trefl”-“Zenit” oyunu martın 13-də Polşanın Qdansk şəhərindəki “Hala Ergo Arena”da keçiriləcək. Komandalar arasında cavab görüşü martın 19-da Kazanda təşkil olunacaq.