Azərbaycanda vəzifəli şəxs İŞDƏN AZAD EDİLDİ

Biləsuvar rayon Təhsil şöbəsinin müdiri işdən azad edilib.

ONN media xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Biləsuvar rayon Təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov vəzifədən çıxarılıb.

Vəzifənin icrası Biləsuvar rayon Təhsil şöbəsinin əməkdaşı Anar Xammədova həvalə olunub.

Qeyd edək ki, B.Kazımov bu vəzifəyə 2010-ci ildə təyin edilmişdi.(ölkə.az)