Çinarə Türkiyədə konsert verdi

Tanınmış müğənni Çinarə Məlikzadə Türkiyədə konsert turuna başlayıb.
 
ONN media xəbər verir ki, bir müddətdir Türkiyədə olan müğənni qardaş ölkənin ən məşhur şirkətlərindən biri ilə müqavilə bağlayıb.
 
Çinarənin Türkiyədə ilk konserti Batman şəhərində olub. Batman Mədəniyyət Mərkəzində baş tutan konsertdə anşlaq yaşanıb. 
 
8 mart Beynəlxalq Qadınlar Günündə baş tutan konsertdə 1000-ə yaxın insan iştirak edib. Konsert auditoriyasının türklər olması da diqqətdən yayınmayıb. 
 
Qeyd edək ki, konsertlər Türkiyənin bir çox şəhərində konserti olacaq, o eyni zamanda qardaş ölkədə albom çıxaracaq.