Bakıda müəllimə dərs vaxtı öldü

Bakıda orta məktəbdə çalışan gənc müəllimə qəfil dünyasını dəyişib. ONN media xəbər verir ki, Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbində fiziki tərbiyə müəllimi kimi çalışan 22 yaşlı Gülnar Balarza qızı Əliyeva dərs prosesi zamanı dünyasını dəyişib.

Ona kömək edilməsi üçün təcili yardım çağırılsa da, gizli infarkt keçirən gənc qadını xilas etmək mümkün olmayıb. 5 ayın gəlini olan müəllimənin təzyiq xəstəsi olduğu məlum olub.News24.Az