“Neft Emalı Zavodu”nda güclü yanğın

ONN media xəbər verir ki. Rusiyanın Xabarovsk diyarında yerləşən “Rosneft”ə məxsus “Komsomolsk Neft Emalı Zavodu”nda güclü yanğın baş verib. Yanğın zamanı xəsarət alan olmayıb.

Hadisə zamanı zavod personalı təxliyyə edilib, yanğın yerinə dərhal yanğınsöndürənlər cəlb edilib.

Hadisənin dəqiq səbəbləri məlum deyil.

Yanğının səbəblərinin araşdırılması ilə əlaqədar xüsusi qrup yaradılıb.

Yanğın zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb.

Məlumata görə, zavod hazırda istehsalı davam etdirir.

Qeyd edək ki, bu zavod Uzaq Şərq bazarını neft məhsulları ilə təmin edən əsas mənbələrdən biridir.