Burak Denizi it dişlədi – FOTO

Aktyor Burak Deniz “Kızım” adını verdiyi iti ilə birlikdə həmkarı Alperen Duymazın evinə yollanıb. 

ONN media xəbər verir ki, Alperenin də aralarında Pitbullun da olduğu 3 iti var. 

Deniz heyvanlarla oynayarkən “Cocker Spaniel” cinsindən olan it aktyoru ağzından dişləyib. Duymaz dodağı yaralanan dostunu təcili xəstəxanaya aparıb. 

Dodağına tikiş vurulan Burak xəstəxanadan çıxarkən “Oyun oynayırdıq, qəfildən hücum etdi. Balaca bir yara var, onu bağladılar” sözlərini deyib.(axşam)