“Yuventus”dan ilk məğlubiyyət

Futbol üzrə İtaliya çempionatının 28-ci turunda “Cenoa” öz meydanında “Yuventus”u qəbul edib.

ONN media xəbər verir ki, Genuyanın “Luici Ferraris” stadionunda keçirilən oyun ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda qollar 72 və 81-ci dəqiqələrdə vurulub. Kriştianu Ronaldu məşqçilər korpusunun qərarı ilə oyunu buraxıb.

“Cenoa” bu qələbə sayəsində xallarının sayını 33-ə çatdırıb və turnir cədvəlində 12-ci pilləyə yüksəlib. “Yuventus” 75 xalla birinci yerdədir. Üçlüyü “Napoli” (57) və “Milan” (51) qapayır.

İtaliya A Seriyası. 28-ci tur

“Cenoa” – “Yuventus” – 2:0

Qollar: 1:0 – Sturaro – 72, 2:0 – Pandev – 81