Ceyranbatanda “Opel” yandı

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində “Opel” markalı minik avtomobilinin mühərrik hissəsi və ön təkərləri yanıb.

ONN media Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.