Göyçayda 7 yaşlı uşağı maşın vurdu

Göyçay rayonunda azyaşlını avtomobil vurub.

ONN media xəbər verir ki, hadisə şəhərin mərkəzi hissəsində baş verib.

Ucar rayon sakini, 2012-ci il təvəllüdlü Abdullayev Saqil Anar oğlu şəhər ərazisində naməlum avtomobillə vurulub.

Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.