Bakıda sərnişin avtobusu yanıb

Bakı şəhərinin Nəsimi rayonunda avtobusda yanğın baş verib. 

ONN media FHN-ə istinadən xəbər verir ki, “İveco” markalı sərnişin avtobusunun mühərrik hissəsi yanıb, qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.