Sabiq prezident polis tərəfindən saxlanıldı

Braziliyanın sabiq prezidenti Mişel Temer polis tərəfindən saxlanılıb.

ONN media xəbər verir ki, Braziliya mətbuatı Temerin korrupsiya ilə bağlı aparılan istintaq çərçivəsində San Paulodakı evində saxlanıldığını və Rio-de-Janeyro polis idarəsinə aparıldığını yazıb.

Bundan əlavə, xəbərdə Braziliyanın sabiq energetika naziri Moreira Franko və sabiq Mülki Aviasiya naziri Eliseu Padilhanın saxlanılması barədə qərar qəbul edildiyi bildirilib.

Qeyd edək ki, Braziliyanın sabiq prezidentinin adı çoxsaylı korrupsiya ittihamlarında hallanırdı.