Azyaşlı su quyusuna düşdü – VƏZİYYƏTİ…

Lənkəranda uşaq su quyusuna düşüb.

ONN media xəbər verir ki, hadisə rayonun Haftoni qəsəbəsində baş verib.

2016-cı il təvəllüdlü Zəhra Mail qızı Əliyeva valideynlərin diqqətindən yayınaraq həyətdə dərinliyi 4 metr dolan su quyusuna düşüb.

Valideynlərin köməyi ilə quyudan çıxarılan uşaq dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, hazırda tənəffüs yollarının obstruksiyası diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsində müalicə alır.

Azyaşlının vəziyyəti orta-ağır qiymətləndirilir.