Yanğınla bağlı SON DURUM

Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzindən yanğın davam edir.

ONN media xəbər verir ki, yanğın 4 mərtəbəli ticarət mərkəzinin böyük bir hissəsinə yayılıb.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, həmçinin 6 təcili tibbi yardım briqadası cəlb olunub.

Yanğının söndürülməsi zamanı FHN-in bir əməkdaşı xəsarət alıb. O, sağ əlin kəsilmiş yarası ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, yanğın səhər saatlarında baş verib. Trend