“Diqlas” Ticarət Mərkəzində yenidən tüstülənmə başlayıb

Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində yenidən tüstülənmə başlayıb.

ONN media xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tüstülənmənin qarşısını almağa çalışırlar.

“Tüstülənmə səhərə yaxın başladı və hələ də davam edir”, – yanğınsöndürənlərdən biri bildirib.

Ərazidə FHN-in 3 yanğınsöndürən maşını var. Report