Gənc qadın itkin düşdü

Bakıda gənc qadın itkin düşüb.

ONN media xəbər verir ki, hadisə Xətai rayonu ərazisində qeydə alınıb.

Sabirabad rayon sakini, 1995-ci il təvəllüdlü Elman Azay oğlu Mustafayev polisə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan həyat yoldaşı, 1995-ci il təvəllüdlü Gülay Mustafa qızı Quliyeva martın 26-da Xətai rayonu, Naximov küçəsi, ev 35, mənzil 21-dən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.(trend)